Serbiya, Kosovo və Metoxiyada serblərin öldürülməsinə imkan verməyəcək

Serbiya, Kosovo və Metoxiyada serblərin öldürülməsinə imkan verməyəcək

31 May 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya Ordusu Kosovoda və Metoxiyada serblərin öldürülməsi halında onları müdafiə edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Miloş Vuçeviç RTS-in efirində Kosovoya xəbərdarlıq edib.

"Kosovo polisi tərəfindən 20 və ya 30 il əvvəl olduğu kimi serblərin öldürülməsi, xalqımızın fiziki ləğvi, serblərin qovulması, talanlar yenidən baş verərsə Serbiya ordusu onları müdafiə üçün hərəkətə keçəcək",-deyə Miloş Vuçeviç bildirib.

Xatırladaq ki, bazar ertəsi Kosovonun şimalında etirazçı serblər və KFOR beynəlxalq təhlükəsizlik qüvvələrinin təhlükəsizlik qüvvələri arasında toqquşmalar yenidən başlayıb.

Bundan sonra Serbiya prezidenti Aleksandar Vuçiç: "Serbiya Kosovoda sülhü qorumaq üçün əlindən gələni edəcək, ancaq adamlarının öldürülməsinə icazə verməyəcək" dedi və bunun ardınca Kosovonun İnzibati sərhədində Silahlı Qüvvələr yerləşdirdiyini elan etdi.

Əziz Salam