ABŞ Suriyadakı PKK terrorçularına HIMARS verib

ABŞ Suriyadakı PKK terrorçularına HIMARS verib

31 May 2023 19:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ HIMARS yüksək mobil artilleriya raket sistemini Suriyadakı PKK terrorçularına təhvil verib

Oxuməni.az xəbər verir ki, bu barədə TRT Haber hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, HIMARS Suriyanın şimalındakı Deyr əz-Zor əyalətindəki ABŞ bazasına köçürülüb.

Qeyd olunur ki, ABŞ ilk növbədə Suriyanın şimal-şərqindəki ONS-PKK ilə DAİŞ terror qruplaşmasına qarşı mübarizə aparmaq üçün əməkdaşlıq edib. Digər tərəfdən, Türkiyə Suriyanın şimalında ONS terror qruplaşmasının varlığına qarşı çıxır. Ankara uzun müddətdir ki, Türkiyə üçün təhlükə yaradan və yerli sakinlərin evlərini dağıdaraq onları öldürən ONS terrorçularına ABŞ-ın dəstəyinə etiraz edir. İŞİD-lə mübarizə bəhanəsi ilə ABŞ NATO üzrə müttəfiqi olan Türkiyənin narahatlığına baxmayaraq, terrorçulara hərbi dəstək verməkdə davam edir.

Əziz Salam