İlon Mask birbaşa Çin nazirləri ilə əlaqə saxlayır

İlon Mask birbaşa Çin nazirləri ilə əlaqə saxlayır

31 May 2023 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Tesla-nın baş direktoru İlon Mask gələcək birgə layihələri müzakirə etmək üçün Pekinə səfər edib.

Oxuməni.az xəbər verir ki, səfər çərçivəsində o, bir sıra yüksək vəzifəli şəxslərlə, o cümlədən xarici işlər naziri və sənaye naziri ilə görüşüb.

Tesla Çində fəaliyyətini genişləndirmək niyyətindədir: aprel ayında şirkət yeni akkumulyator fabriki tikmək planlarını açıqlamışdı.

Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüş zamanı Mask ABŞ və Çin arasında iqtisadi gərginliyin azaldılmasının tərəfdarı olub.

İlon Maskın beynəlxalq təşəbbüsləri Ağ Ev üçün müzakirə mövzusu ola bilər. Hələ noyabr ayında ABŞ prezidenti Co Bayden demişdi ki, Maskın digər ölkələrlə təmasları “bəlkə də diqqətlə yoxlanılmalıdır”.

Murad Şahməmmədov