Rumıniyada müəllimlərin tətilinə  səhiyyə və dəmiryol işçiləri qoşulublar

Rumıniyada müəllimlərin tətilinə  səhiyyə və dəmiryol işçiləri qoşulublar

31 May 2023 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyada tətil edən on minlərlə müəllim və məktəb işçisi maaşların artırılması, daha çox sərmayə qoyulması və ölkənin təhsil sistemində islahatların aparılması tələbi ilə Buxarestdə hökumət binalarına yürüş ediblər.

Oxuməni.az xəbər verir ki, təşkilatçıların sözlərinə görə, aksiyada 15-20 min müəllim iştirak edib.

Tətil bir həftədən çoxdur ki, davam edir. Həmkarlar ittifaqı liderləri hökumətin birdəfəlik ödənişlə bağlı kompromis təklifini rədd ediblər.

Həmkarlar ittifaqı rəhbərləri siyasi karyerasından əvvəl bir fizika müəllimi kimi prezident Klaus İohannisin təhsil işçilərinin problemlərini özündən əvvəlkilərlə müqayisədə daha az başa düşməsi faktını dəfələrlə narazıliqlarını bildiriblər.

Onlar dövlət başçısından vəziyyətə müdaxilə etməyi, onlarla hökumət arasında vasitəçilik etməyi tələb edirlər.

Öz növbəsində səhiyyə işçiləri və dəmiryolçular da tətilə qoşulmağa hazırlaşırlar.

Murad Şahməmmədov