Bayden tərəfindən zorlandığını iddia edən  şəxs Moskvaya qaçıb

Bayden tərəfindən zorlandığını iddia edən şəxs Moskvaya qaçıb

31 May 2023 21:48
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika prezidenti Co Bayden tərəfindən zorlandığını iddia edən onun keçmiş köməkçisi Tara Rid, Rusiyaya qaçıb.

Oxuməni.az xəbər verir ki, o, prezident Vladimir Putindən Rusiya vətəndaşlığını istəmək niyyətini açıqlayıb.

"Ümid edirəm ki, burada təhlükəsiz yaşayacağam. Rusiyadakı dostlarıma çox minnətdaram ki, məni açıq əllərlə qəbul etdilər. Moskvanı sevirəm, burada özümü evdəki kimi hiss edirəm" dedi Reed.

O əlavə edib ki, Baydenə qarşı ittihamlarını təkrarladıqdan və Konqresdə and içərək ifadə verməyə hazır olduğunu elan etdikdən sonra "qətl təhdidləri" səbəbindən Rusiyaya getməyə qərar verib.

Rusiya Dövlət Dumasının deputatı Maria Butina, Tara Ridinə Rusiya vətəndaşlığını vermə ehtimalını müzakirə edəcəyini və Putindən "sorğusuna baxılmasını sürətləndirməsini"xahiş edəcəyini vəd etdi. Eyni zamanda, amerikalı qadın ABŞ pasportundan imtina etməyi planlaşdırmır.

Əziz Salam