Kiyevdə yenidən partlayışlar: Ölən və yaralananlar var

Kiyevdə yenidən partlayışlar: Ölən və yaralananlar var

1 İyun 2023 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevə gecə hücumu nəticəsində şəhərin üç sakini həlak olub, onlardan ikisi azyaşlı uşaqdır. Hücum nəticəsində 14 nəfər isə yaralanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatının yaydığı məlumatda deyilir. Qeyd edilir ki, iyunun 1-nə keçən gecə Kiyevdə bir sıra partlayışlar baş verdi. Yerli hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin düşmən hədəflərinə atəş açdığını bildiriblər..

RBC-Ukrayna Kiyevdə ən azı beş partlayış barədə məlumat verir. Kiyev şəhər Hərbi Administrasiyasından bildirilib ki, şəhərdə hava hücumundan müdafiə sistemi lazımi cavab tədbirləri həyata keçirirlər.

Rusiyanın hücumu ilə əlaqədar Ukraynanın Kiyev şəhəri də daxil olmaqla bir neçə bölgəsində hava həyəcanı elan edildi.

Əziz Salamoğlu