Paşinyan Moldovada ermənilərlə görüşdən imtina etdi

Paşinyan Moldovada ermənilərlə görüşdən imtina etdi

1 İyun 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moldovadakı erməni diasporunun nümayəndələri ilə iyunun 2-nə planlaşdırılan görüşü baş tutmayacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Graparak nəşrinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, görüşdən imtina barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Bu qərarın qəbul edilməsinin səbəbi məlum deyil, amma yəqin ki, baş nazir narahat suallardan qaçmaq istəyib. Bunu isə cəmiyyətin rəhbəri Venera Muşeq "Graparak" a bildirib. Əvvəlcə onun adı iştirakçılar siyahısından çıxarılıb, sonra isə tədbirdən imtina edilib.

Əziz Göynüklü