Dövlət Departamenti Gürcüstan Baş nazirinin bəyanatına cavab verib

Dövlət Departamenti Gürcüstan Baş nazirinin bəyanatına cavab verib

1 İyun 2023 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Kiyevin NATO-ya üzv olmaq istəyi səbəbindən Rusiyanın Ukraynaya hücum etməsi ilə bağlı açıqlamasına reaksiya verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin Gürcüstanın "Amerikanın səsi"xidmətinin sorğusuna cavabında deyilir.

Dövlət Departamenti Qaribaşviliyə xatırladıb ki, Rusiya Federasiyasının təcavüzü 2022-ci ildə başlamayıb, çünki genişmiqyaslı işğal 2014-cü ildə Krımın və Luqansk və Donetsk bölgələrinin bir hissəsinin ələ keçirilməsinin davamı olub.

Nazirlikdən bildirilib ki, Rusiya Ukraynanın NATO-ya daxil olmaq istəyindən ölkəni işğal etmək üçün bəhanə kimi istifadə edib.

"24 fevral 2022-ci il tarixində Ukraynanın suveren ərazisinə genişmiqyaslı işğalın başlanmasından bəri prezident Putinin qarşısını almaq səylərimizin bir hissəsi olaraq, ABŞ daim Rusiyanın seçə biləcəyi iki yoldan danışdı: dialoq və diplomatiya və ya eskalasiya və geniş miqyaslı nəticələr. Birincisinə nail olmaq üçün həqiqi və səmimi səylər göstərdik, buna çox üstünlük verdik, amma Putin müharibəni seçdi",- dedi.

Əziz Salamoğlu