"Şimali Koreya kimi olacağıq": Priqojin gurultulu açıqlamalar verdi

"Şimali Koreya kimi olacağıq": Priqojin gurultulu açıqlamalar verdi

1 İyun 2023 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

PMK "Vaqner" in qurucusu Yevgeni Priqojin, döyüşçülərinin Baxmutdan çəkildiyini elan edərək, Rusiyaya qastrol səfərinə çıxdı.

Oxuməni.az xəbər verir ki, "Medusa" nəşrinin yazdığı kimi , Priqojinin açıqlamaları siyasi təbliğata bənzəyir, baxmayaraq ki, özü siyasətlə məşğul olayacağını iddia edir.

O, may ayının sonunda iki gün ərzində Yekaterinburq, Vladivostok və Novosibirskdə üç mətbuat konfransı keçirməyi bacardı. Priqojinin daha bir mətbuat konfransını Nijni Novqorodda keçirəcəyi gözlənilir. Tur formal olaraq "Vaqner" layihəsinin təqdimatı ilə bağlıdır.

Layihə ya gənclərin "hərbi-vətənpərvərlik" tərbiyəsinə, ya da ruslara Ukraynadakı müharibə ilə bağlı problemlər barədə danışmağa yönəlib.

Prigojinin jurnalistlərə səsləndirdiyi tezislər dəsti təxminən eynidır: müharibə uzun olacaq, təcili olaraq ümumi səfərbərliyi elan etməli, ölüm cəzasını qaytarmalı, planlı iqtisadiyyatı tətbiq etməli və Rusiya böyük bir "Şimali Koreya"ya çevrilməlidir.

Əziz Mustafa