Macarıstan İsraildəki səfirliyini Qüdsə köçürən ilk AB üzvü olacaq

Macarıstan İsraildəki səfirliyini Qüdsə köçürən ilk AB üzvü olacaq

1 İyun 2023 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan İsraildəki səfirliyini Qüdsə köçürən ilk AB üzvü olacaq. Bunu Xarici İşlər Naziri Eli Cohen Budapeştə səfəri zamanı bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

"Macarıstan bizi beynəlxalq aləmdə dəstəkləyir. Başqa bir yaxşı xəbər var, bir neçə həftə sonra Macarıstan öz səfirliyini Qüdsə köçürülməsini elan edən ilk AB dövləti olacaq. Bu, 3000 ildən artıqdır ki, yəhudi xalqının paytaxtı olan Qüds əhalisi üçün əla xəbərdir",-deyə Kohen bildirib.

Macarıstanın İsraildəki səfiri Levente Behnke, "Macarıstanın 2019-cu ildən bəri Qüdsdə ticarət nümayəndəliyi var və gələcək addımlar barədə hələ qərar verilməyib",-dedi.

Əziz Salam