Ukrayna tankları Rusiya ərazisinə daxil olub: Sərhəddə güclü döyüşlər gedir

Ukrayna tankları Rusiya ərazisinə daxil olub: Sərhəddə güclü döyüşlər gedir

1 İyun 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər Ukrayna tankları Belqorodla sərhəd istiqamətindən Rusiya ərazisinə daxil olublar.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.

Rusiya KİV-lərinin məlumatına görə, hazırda Rusiya ilə Ukrayna sərhədində şiddətli döyüşlər gedir.

Rusiya tərəfinin ilkin məlumatlarına görə, Ukrayna Ordusu Belqorod rayonunun Şebekino şəhərinə hücum etmək üçün tanklardan istifadə edirlər. Onlarla Rusiya Müdafiə Nazirliyinin hərbçiləri araslnnda gedən döyüşlərdə hər iki tərəfdən ölənlər və yaralananlar var.
Şahidlər Şebekinoya gedən yolun bağlandığını bildirirlər. Mülki əhali isə təcili şəkildə Belqorod və Şebekinodan təxliyə edilir.

Əziz Mustafa