Qubernatorun təcili təxliyə ilə bağlı xəbəri

Qubernatorun təcili təxliyə ilə bağlı xəbəri

1 İyun 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov Şebekino rayonunun sakinlərinin təcili təxliyəsi ilə bağlı məlumatı saxta adlandırıb. Bu barədə o, öz telegram kanalında yazıb.

“İndi müxtəlif şəbəkədə saxta məlumat yayılır - Şebekinorayonunun sakinlərinin təcili təxliyəsi üçün toplama məntəqələri haqqında məlumat çox təhlükəlidir”, - deyə qubernator vurğulayıb. Qladkov bildirib ki, hakimiyyət şəhəri tərk edənlərə kömək etməyə və onları Belqorod Arenanın ərazisində yerləşdirməyə hazırdır. Özbaşına ora gedə bilməyənləri rayon rəhbərliyi ilə əlaqə saxlamağa çağırıb. Qubernator deyib ki, fasiləsiz atəş nəticəsində beş nəfər xəsarət alıb. Bir polisin açıq sümük sınığı, iki qadının qollarında və ayaqlarında qəlpə yaraları var, digər iki yaralı isə körpü gözətçiləri olub. Zərərçəkən beş nəfərdən üçü artıq xəstəxanaya yerləşdirilib. Qubernator onu da vurğulayıb ki, son günlər vəziyyət getdikcə pisləşir.

Murad Şahməmmədov