BRICS ölkələri liderlərinin sammiti Putinə görə təxirə salına bilər

BRICS ölkələri liderlərinin sammiti Putinə görə təxirə salına bilər

1 İyun 2023 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

BRICS ölkələri liderlərinin sammitinin Putinə görə təxirə salınacağı gözlənilir.
Oxuməni.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin yaydığı məlumatda deyilir.

Agentliyin məlumatında qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putinin Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs edilməsi qərarının qarşısını almaq üçün avqust ayında Cənubi Afrikada keçirilməsi planlaşdırılan BRICS ölkələri liderlərinin sammiti Çində keçirillə bilər.

Anonim qalmaq istəyən yüksək səviyyəli hökumət rəsmisi deyib ki, Cənubi Afrika səlahiyyətliləri tərəfindən nəzərdən keçirilən populyar seçimlərdən biri, tədbirinÇində keçirilməsidir.

Cənubi Afrika xarici işlər naziri Zeyn Danqorun sözlərinə görə, hələlik bu barədə yekun qərar qəbul edilməyib.

Cənubi Afrikanın keçmiş prezidenti Tabo Mbeki sammitin Cənubi Afrikada baş tutmayacağını bildirib. "Qanuni öhdəliklərimizə görə prezident Putini həbs etməliyik, amma bunu edə bilmərik",- deyə Mbeki bəyan edib.

Əziz Salam