İsveç Türkiyənin NATO-ya üzvlük tələblərinin yerinə yetirildiyini bəyan edib

İsveç Türkiyənin NATO-ya üzvlük tələblərinin yerinə yetirildiyini bəyan edib

1 İyun 2023 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç yeni antiterror qanunvericiliyi qəbul etməklə NATO-ya daxil olmaq üçün ərizənin ratifikasiyası üçün Türkiyənin irəli sürdüyü meyarlara əməl edib. Krallıq iyulun 11-dən 12-dək Vilnüsdə keçiriləcək Alyans sammitində NATO-ya üzv olmağa çalışacaq.

Oxuməni.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Bloomberg agentliyinə müsahibəsində deyib.

"Biz söz verdiyimizi yerinə yetirdik və buna görə də Türkiyənin ratifikasiya prosesinə başlamaq və razılaşmanın öz hissəsini həyata keçirmək vaxtı gəldi. İsveç Memorandumun bütün qərarlarına əməl etdi. Vilnüsdən əvvəl ratifikasiya baş verməzsə, Türkiyə parlamenti yayda fəaliyyətini bərpa edənə qədər həftələr, hətta aylar çəkə bilər" dedi.

Agentlik bildirir ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəldikdən sonra yeni bir hökumətin qurulmasına diqqət yetirir, buna görə İsveçin səylərinə baxmayaraq ratifikasiya məsələsi uzana bilər.

Əziz Salam