Avropa Komissiyasının rəhbəri Qərb dövlətlərini Ukraynaya uzaqmənzilli silahlar verməyə çağırıb

Avropa Komissiyasının rəhbəri Qərb dövlətlərini Ukraynaya uzaqmənzilli silahlar verməyə çağırıb

1 İyun 2023 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen müttəfiqləri Ukraynaya uzun mənzilli silahlar verməyə çağırdı.

Oxuməni.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Globsec Forumunda çıxış edərkən deyib.

O, xüsusilə, ukraynalıların tərəfində "lazım olduğu qədər"möhkəm dayanmağın vacib olduğunu vurğuladı.

"Bunu bilirsiniz ki, Ukrayna Silahlı Qüvvələrinin səylərini dəstəkləmək üçün hərbi yardım davam etməlidir. Buna görə də biz indicə Ukraynaya lazım olan qədər sursat istehsalını artırmağı təklif etdik.

Quruma üzv dövlətlər Ukraynaya uzun mənzilli artilleriya və silah sistemləri təqdim etməlidirlər. Bu, Ukraynaya işğal qüvvələrinə qarşı döyüşlərdə qələbə qazanmağa kömək edə bilər",- dedi Ursula von der Leyen.

Əziz Mustafa, Oxuməni.az