Putin Ərdoğanın andiçmə mərasiminə və ŞƏT  sammitinə getməyəcək

Putin Ərdoğanın andiçmə mərasiminə və ŞƏT sammitinə getməyəcək

1 İyun 2023 18:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin iyunun 3-də Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiyasına getməyəcək. Onun yerinə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Türkiyəyə gedəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya KİV-lərinin məlumatına görə, Putin iyulun 4-də Hindistana ŞƏT sammitinə də getməyəcək. Görüş "virtual formatda"keçiriləcək.

Bundan əvvəl Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən bildirib ki, şənbə günü "Putin Türkiyəyə ayrıca xüsusi səfər edəcək", daha sonra Ukrayna Prezidenti Vladimir Zelenski də Türkiyəyə gələcək.

"RİA Novosti" xəbər verir ki, Putinin Türkiyəyə səfəri yaxın vaxtlarda baş tutmayacaq, lazım gələrsə, onlar arasında telefon danışıqları mümkündür.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Cənubi Afrika hakimiyyəti Putinin BRİKS sammitində iştirakının məqsədəuyğun olmadəğnı bildirib.

Əziz Salam