Stoltenberg: NATO Kosovoya daha çox qoşun göndərməyə hazırdır

Stoltenberg: NATO Kosovoya daha çox qoşun göndərməyə hazırdır

1 İyun 2023 20:32
Bəyəndim (0) Bəyənmədim (0)

NATO zorakılığı yatırmaq üçün Kosovoya daha çox qoşun göndərməyə hazırdır.

Oxuməni.az xəbər verir ki, bunu Şimali Atlantika İttifaqının rəhbəri Jens Stoltenberg Cümə axşamı bildirib və əlavə edib ki, ilk 700 hərbi qulluqçu ora gedir.

"NATO Kosovoda ayıq-sayıq qalacaq. Təhlükəsiz bir mühit təmin etmək və azaltmaq üçün bölgədə olacağıq" deyə o, Osloda NATO xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərə bildirib.

Stoltenberg, NATO əsgərlərinə qarşı şiddəti "tamamilə qəbuledilməz" adlandırdı və müttəfiqlərin NATO-nun bölgəyə vəziyyətə nəzarət etmək üçün əlavə qoşun göndərəməyə hazırlaşdığını söylədi.

"Həm Belqrad, həm də Priştinaya mesajımız budur ki, AB - nin köməyi ilə dialoqda iştirak etməlidirlər",- deyə Stoltenberq vurğulayıb.

Kosovonun şimalındakı iğtişaşlar, etnik Alban bələdiyyə başçılarının serblər tərəfindən boykot edilən aprel seçkilərindən sonra başalayıb.

İğtişaşlar nəticəsində 30 sülhməramlı və 52 etnik Serb etirazçısı yaralanıb.

NATO regionda 4000 nəfərlik missiyasını əlavə 700 hərbçi ilə gücləndirmək qərarına gəlib .

Əziz Salam