Himalay dağlarında itən alpinistin cəsədi tapılıb

Himalay dağlarında itən alpinistin cəsədi tapılıb

1 İyun 2023 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Everesti fəth edən alman alpinist Luis Stitzingerin cəsədi günlər sonra tapılıb. Axtarış-xilasetmə qrupu təcrübəli alpinistin cəsədinin dağdan aşağı endirildiyini açıqlayıb. Rəsmilər bu il 12 alpinistin öldüyünü, beşinin isə itkin düşdüyünü bildirib. Ekspedisiya təşkilatçıları 54 yaşlı alman alpinist Luis Stitzingerin cəsədinin zirvədən enərkən itdikdən bir neçə gün sonra dünyanın üçüncü ən yüksək dağı olan Kançenjunqada tapıldığını bildiriblər.

Stitzinger mayın 25-də 8586 metr hündürlükdə olan Himalay dağının zirvəsinə əlavə oksigen təchizatı olmadan çatsa da, sonradan əlaqə kəsilib.

Stitzingerin xilas edilməsi səyləri daha əvvəl əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmalı olmuşdu. Stitzinger təcrübəli alpinist və bələdçi idi. O, əvvəllər 8000 metrdən hündür bir neçə dağa qalxmışdı. Bu il dünyanın ən yüksək zirvəsi Everestdə 12 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü açıqlanıb. Məlumatlar 2023-cü ilin ölümlərin rekord ili olmasını göstərir.

Murad Şahməmmədov