ABŞ Rusiya ilə strateji məlumatları paylaşmağı dayandıracaq

ABŞ Rusiya ilə strateji məlumatları paylaşmağı dayandıracaq

2 İyun 2023 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamentinin silahlara nəzarət, yoxlama və uyğunluq Bürosu, ABŞ-ın strateji hücum silahlarının azaldılması müqaviləsi (DSNV) üzrə yoxlamalar aparmaq üçün əvvəllər Rusiya mütəxəssislərinə verilmiş vizaları geri götürmək qərarına gəldiyini bildirdi.

Oxuməni.az xəbər verir ki, sənədə əsasən, yeni vizaların verilməsi üçün müraciətlərə baxılması da ləğv edilir.

Dövlət Departamentinin məlumatına görə, Vaşinqton bundan sonra Moskvaya qitələrarası ballistik raketlərin və ABŞ sualtı qayıqlarının ballistik raketlərinin buraxılması ilə bağlı telemetrik məlumat göndərməyi dayandırır.

Daha əvvəl ABŞ Dövlət Departamentinin silahlara nəzarət, yoxlama və uyğunluq Bürosu, Vaşinqtonun iyunun 1-dən etibarən DSNV-nin altına düşən strateji silahlarının vəziyyəti və yeri barədə Rusiyaya məlumat verməyi dayandırdığını bildirdi.

Əziz Salam