Xaçikyan: ABŞ Ermənistanı xilas etməyəcək

Xaçikyan: ABŞ Ermənistanı xilas etməyəcək

2 İyun 2023 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ "Ermənistanı xilas etməyəcək" və ermənilərə kömək etməyəcək.

Oxuməni.az xəbər verir ki, bunu Stanford Universitetinin Siyasi elmlər doktoru Artur Xaçikyan bildirib.

Xaçikyanın sözlərinə görə, Dövlət Departamentinin mövqeyi onu göstərir ki, ABŞ nöqteyi-nəzərindən Qarabağın öz müqəddəratını təyinetmə hüququ yoxdur.

O qeyd edib ki, ABŞ - ın maraqları Azərbaycanda cəmləşib: "Müvafiq olaraq Vaşinqtonun müttəfiqləri Bakı, Ankara və Təl-Əvivdir", - deyə Xaçikyan bildirib.

Ekspert əlavə edib ki, erməni diplomatiyası iflasa uğrayıb: "Diplomatiyamız həm Rusiyada, həm də Qərbdə məğlub olub, indi heç kimə ehtiyacımız yoxdur".

Əziz Mustafa