Rusiya Ukraynada qanadlı raketlər və İran dronlarını işə salıb

Rusiya Ukraynada qanadlı raketlər və İran dronlarını işə salıb

2 İyun 2023 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya yenidən Kiyevə qanadlı raketlərlə və İran dronları ilə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri paytax üzərində 30-dan çox qanadlı raket və dronu məhv edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko mətbuata açıqlamasında deyib.

Silahlı Qüvvələrin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri 15 qanadlı raket və 18 "Şahed" zərbə dronu ilə Kiyevə hücum ediblər. İlkin məlumatlara görə, bütün hədəflər vurulub. Hələlik, dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Əziz Baş Göynüklü