ABŞ Rusiyanı güclü dövlət hesab etmir

ABŞ Rusiyanı güclü dövlət hesab etmir

2 İyun 2023 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya təcavüz Rusiyanın güclü dövlət olmadığını ortaya çıxarıb və indi ABŞ prezidenti Co Bayden Vladimir Putini zəf iradəli, qorxaq dövlət başçısı hesab edir.

Oxuməni.az xəbər verir ki, buna səbəb Qərbin Ukraynaya silah verməsi qarşısında Putinin aciz qalmasıdır.

ABŞ rəsmiləri deyirlər ki, eskalasiya risklərinin idarə edilməsi Bayden və onun xarici siyasət müşavirləri üçün müharibənin ən çətin tərəflərindən biri olaraq qalır.

Dövlət Departamentinin rəsmilərindən biri bildirib ki, Rusiyanın Ukrayna ilə müharibədə ciddi uğur əldə edə bilməməsi isə Bayden komandasını Kiyevə daha çox silah verməyə həvəsləndirib.

Ağ evdəki bir mənbənin dediyinə görə, Ağ Evin Milli Təhlükəsizlik müşaviri Jake Sallivan da Ukraynaya daha güclü silahlar verməyin faydalarına inandığını söyləyib. O,Ukraynaya F-16 qırıcılarını vermək üçün ölkəsinin Avropa müttəfiqləri ilə fəal əməkdaşlıq etdiyini bildirib.

Əziz Mustafa