İmran Xan  NAB rəhbərliyinə qarşı 5,8 milyon dollar məbləğində məhkəmə iddiası qaldırmaq niyyətindədir

İmran Xan NAB rəhbərliyinə qarşı 5,8 milyon dollar məbləğində məhkəmə iddiası qaldırmaq niyyətindədir

2 İyun 2023 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın sabiq Baş naziri İmran Xan Milli Hesabat bürosunun (NAB) rəhbərliyinə qarşı korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə bağlı nüfuzuna xələl gətirdiyinə görə 5,8 milyon dollar məbləğində məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə o, özünün Tvitterində yazıb.

"NAB başçısına rəsmi bildiriş verdim. Həbsimlə bağlı qərar Konstitusiya və mövcud qanunları pozaraq verildi. Ali məhkəmə binasında həyata keçirilən qanunsuz və əsassız həbs məni ləkələmək məqsədi daşıyırdı. Beləliklə, onlar haqqında iddia işi qaldırmağa tam haqqım var",- deyə İmran Xan Tvitterdə bəyan edib.

Əziz Salam, Oxuməni.az