Rus könüllülərinin tankları artıq Şebekino altındadır

Rus könüllülərinin tankları artıq Şebekino altındadır

2 İyun 2023 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiyanın azadlığı" legionundan (LSR) olan Rus könüllüləri Rusiyanın Belgorod vilayətinin Şebekino şəhəri yaxınlığındakı Novaya Tavoljanka kəndində LSR bayrağı olan tanklarını nümayiş etdirdilər.

Oxuməni.az xəbər verir ki, könüllülərin sözlərinə görə, Belgorod vilayətinin Novaya Tavoljanka kəndində Rusiya qoşunlarına qarşı hərbi əməliyyatlar aparılır. Yaşayış məntəqəsində artıq LSR hərbi texnikası yerləşdirilib.

Legion döyüşçüləri Novaya Tavoljanka kəndində rus əsgərləri ilə döyüşün videosunu da yayımladılar. Videoda könüllülərin rus mövqelərini ələ keçirdikləri aydın şəkildə görünür.

Əziz Göynüklü