Çerevatı: Baxmutda istədiyimizə  nail olduq

Çerevatı: Baxmutda istədiyimizə nail olduq

2 İyun 2023 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Ordusu (UO) Donetsk vilayətinin Baxmut şəhərindəki "Vaqner" PMK qüvvələrinə ağır zərbələr vuraraq onları zəflətdi və onları böyük itkilərlə qaçmağa məcbur etdi.

Oxuməni.az xəbər verir ki, bu barədə UO Şərq qruplaşmasının spikeri Sergey Çerevatı Ukrayna telemarafonunun efirində bildirib.

"Biz istədiyimiz hər şeyə nail olduq və "vaqnerçiləri" qaçmağa məcbur etdik. "Vaqner"çilərin yerinə gələn rus qöşunları bizimlə açıq döyüşə girməkdən çəkinirlər, çünki məhv ediləcəklərini bilirlər",-deyə Çerevatı vurğulayıb.

O qeyd edib ki, indi ruslar Baxmutda fəaliyyətlərini güclü artilleriya atəşi ilə ört-basdır edirlər: "Belə ki, təkcə bu gün ərzində ruslar Ukrayna mövqelərinə 452 dəfə artilleriya və MLRS-dən zərbələr endiriblər. Biz də düşmənə zərbələr endiririk. Nəticədə bir gündə 107 rus hərbçisi məhv edilib, 126 nəfər yaralanıb. Düşmənin BMP-si, 7 topu, Pion özüyeriyən artilleriya qurğusu, 3 döyüş sursatı olan sahə anbarı və 4 hərbi avtomobili məhv edilib".

Əziz Mustafa, Oxuməni.az