Belgorod yenidən atəş altındadır: Ölənlər və yaralananlar var

Belgorod yenidən atəş altındadır: Ölənlər və yaralananlar var

2 İyun 2023 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsi Ukrayna Ordusu tərəfindən atəşə tutulub, ölənlər və yaralananlar var.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.

Məlumata görə, pilotsuz təyyarə Maslova Pristan qəsəbəsindəki yola partlayıcı qurğu atıb. Qəlpələr yoldan keçən avtomobillərə dəyib. Hadisə nəticəsində iki qadın ölüb, daha üç nəfər yaralanıb.

Volokonovski rayonunun Tişanka kəndi də toplardan atəşə tutulub. Xəsarət alan olmasa da, iki fərdi evə ziyan dəyib, mərkəzi qaz kəməri və elektrik xətti zədələnib.

Əziz Salam, Oxuməni.az