Aviaşirkət 1,1 milyon dollar cərimələnib

Aviaşirkət 1,1 milyon dollar cərimələnib

2 İyun 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Nəqliyyat Departamenti bildirib ki, British Airways-in adekvat müştəri xidmətinin qaynar xətti olmadığı üçün istehlakçılar aylarla müştəri nümayəndələri ilə əlaqə saxlaya bilmirlər.

ABŞ Nəqliyyat Departamenti Britaniyanın British Airways aviaşirkətini Covid-19 epidemiyası zamanı uçuşların ləğvinə görə 1,1 milyon dollar cərimələyib. Nazirlikdən verilən açıqlamada, ölkəyə gələn və ölkəni tərk edən sərnişinlərə xidmət vaxtında göstərilmədiyi üçün şirkətə 1,1 milyon dollar cərimə kəsildiyi açıqlanıb. 2020-ci ilin mart ayından etibarən isə British Airways-in ödənişləri vaxtında geri qaytarmaması ilə bağlı 1200-dən çox şikayət daxil olub.

British Airways iddiaları təkzib edib. Şirkət həmçinin qeyd edib ki, onlar həmişə qanunlara əməl edir və müştərilərə uçuşlar ləğv olunarsa, yenidən bron etmək və ya pulu geri qaytarmaq imkanı təklif edir. Digər tərəfdən ABŞ Nəqliyyat Departamenti, British Airways-in adekvat müştəri xidməti qaynar xəttləri olmadığı üçün istehlakçıların aylarla müştəri nümayəndələri ilə əlaqə saxlaya bilmədiklərini bildirib. British Airways rəsmisi isə bildirib ki, “Pandemiyanın qızğın vaxtında, təəssüf ki, hökumətin məhdudiyyətləri səbəbindən minlərlə uçuşu ləğv etməli və bəzi zəng mərkəzlərimizi bağlamalı olduq. Müştərilər nümayəndələrimizə çatmaq üçün bir az daha uzun gözləmə müddətləri yaşadılar.”

Murad Şahməmmədov