Ərdoğanın andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Ərdoğanın andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

2 İyun 2023 19:34
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də Ankarada keçiriləcək inauqurasiyasında ən azı 20 dövlət başçısı və 45 nazir iştirak edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Hurriyyət-in yaydığı məlumatda deyilir.

"Cənab Prezident Ərdoğanın andiçmə mərasimində müxtəlif ölkələrdən 20 dövlət başçısı və 45 nazirin iştirak edəcəyini gözləyirik. Azərbaycan Prezidenti İlham Əliyevin, Qətər əmiri Şeyx Tamim bin Hamad Al Taninin iştirakı gözlənilir. Mərasimdə iştirak etmək üçün NATO - nun baş katibi Yens Stoltenberq də Türkiyəyə gələcək", - deyə məlumatda qeyd edilir..\

Əziz Mustafa