Orban: Həyatımız Rusiya və Türkiyədən asılıdır

Orban: Həyatımız Rusiya və Türkiyədən asılıdır

2 İyun 2023 21:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya, Türkiyə, Almaniya-həyatımız bu üçbucaqdadır və məhz bu üçbucaqda macarların iqtisadi və siyasi həyatlarını yaxşı idarə etmək lazımdır.

Oxuməni.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Kossuth radiostansiyasının efirində deyib.

Orban qeyd edib ki, Budapeştin diqqəti üç siyasi və iqtisadi güc mərkəzinə yönəldilməlidir: Moskva, Berlin və Ankara.

"Macarıstanın siyasəti, təpələri üç ölkə - Rusiya, Almaniya və Türkiyə olan üçbucağın içindəki coğrafi mövqeyi nəzərə alınmaqla müəyyənləşdiriləcək",- deyə Macarıstan Baş naziri bildirib.

Macarıstan hökumətinin başçısı əlavə edib ki, bu gün Budapeşt və Berlin arasında əməkdaşlıq ən yaxşı şəkildə inkişaf etmir. Orban Macarıstan və Almaniya arasındakı müasir münasibətləri "ən kritik" adlandırıb.

Əziz Salamoğlu