Ağbirçəklər üçün ayrıca həbsxana tikiləcək

Ağbirçəklər üçün ayrıca həbsxana tikiləcək

2 İyun 2023 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Narkotik satan dəstələrə qarşı “müharibə elanı” ilə tanınan El-Salvador prezidenti Nayib Bukele bildirib ki, indi korrupsioner ağbirçəklər üçün ayrıca həbsxana tikiləcək.

El-Salvador prezidenti Nayib Bukele korrupsiyaya qarşı mübarizə çərçivəsində “ağ yaxalılar”ın saxlanması üçün ayrıca həbsxana tikəcəyini vəd edib.

Narkotik dəstələrinə qarşı mübarizəsi ilə tanınan Mərkəzi Amerika ölkəsinin lideri bildirib ki, korrupsiyaya qarşı cinayətkar təşkilatlar kimi mübarizə aparılmalıdır.

41 yaşlı Bukele vəzifəsinin beşinci ilində xalqa müraciət edərək, “Dövlətin bütün gücü ilə bandalarla mübarizə apardığımız kimi, korrupsiyaya qarşı hərtərəfli müharibəyə başlayacağıq. Terrorçular, korrupsionerlər üçün ayrıca həbsxana tikəcəyik” kimi ifadələrdən istifadə edib.

Keçən il Bukele ölkədə zorakı dəstələrlə mübarizə aparmaq üçün şiddətli kampaniya başlatdı.

Müstəsna hal kimi qələmə verdiyi bu prosesdə fövqəladə vəziyyət elan edib, konstitusiya hüquqlarını dayandırıb. Təcrübəsi geniş ictimai dəstək qazansa da, insan haqları qrupları hökuməti hüquq pozuntularına görə kəskin tənqid edərək, indiki mərhələdə günahsız insanların da sıxışdırıldığını bəyan ediblər. Hökumət fevral ayında minlərlə şübhəli dəstə üzvlərini yeni açılan “meqa həbsxanasına” köçürüb. Dəstələrlə mübarizə aparmaq üçün tikilən və Amerika qitəsinin ən böyük həbsxanası olduğu deyilən “Terrordan Mühafizə Mərkəzi” Bukele tərəfindən yeni açılıb. 24 noyabr 2022-ci il tarixli çıxışında Bukele fövqəladə vəziyyət rejimi altında mart ayından bu yana 60 mindən çox insanın həbs edildiyinə diqqət çəkib və bu cür tədbirlərin daha çox olacağını deyib.

El-Salvador lideri, sonuncu çıxışında, “Ağyaxa cinayətkarlar haradan gəlirlərsə gəlsinlər mübarizə aparacağıq. Ancaq yalnız qanuni çərçivədə” deyə bildirib.

Bundan əlavə, Bukele ölkənin birpalatalı Konqresində deputatların sayının 84-dən 60-a endiriləcəyini və 262 bələdiyyənin 44 rayona çevriləcəyini bəyan edib. O əlavə edib ki, bu dəyişikliklər Konqresdə səsə qoyulmalıdır.

Murad Şahməmmədov