Rusiya Azərbaycan-Ermənistan nəqliyyat yoluna nəzarət etməyəcək

Rusiya Azərbaycan-Ermənistan nəqliyyat yoluna nəzarət etməyəcək

5 İyun 2023 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan gələcəkdə Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin açılması zamanı Rusiya FSB Sərhəd Xidmətinin Nəqliyyat əlaqələrinə nəzarətdən imtina edib.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Blokdan çıxarma baxımından bir vacib detal var ki, düşünürəm ki, iştirak edən bütün tərəfdaşlar üçün artıq başa düşüləndir. Ermənistan sərhədlərə tam nəzarəti həyata keçirəcək", - deyə Qriqoryan bildirib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları bəyanatda deyilir: "Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FSB Sərhəd Xidməti orqanları tərəfindən həyata keçirilir."

Qriqoryanın sözlərinə görə, Ermənistanın mövqeyi çox aydındır: "Ümid edirəm ki, Azərbaycan və Rusiya bunu nəzərə alıblar və bu prinsip əsasında irəliləyəcəklər".

Əziz Mustafa, Oxuməni.az