PKK tərəfdarları İsveçin “terror qanununa” etiraz edirlər

PKK tərəfdarları İsveçin “terror qanununa” etiraz edirlər

5 İyun 2023 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasından sonra Ankara yanvar ayında İsveçlə danışıqları dayandırdığını elan etmişdi.

Türkiyə ilə NATO-ya üzvlük danışıqlarından sonra hazırlanan və 1 iyunda İsveçdə qüvvəyə minən yeni terror qanunu paytaxt Stokholmda PKK tərəfdarları tərəfindən etiraz edilib.

NATO üzvlüyünü gözləyən İsveçdə Finlandiyanın Türkiyə ilə danışıqlarından sonra hazırlanan yeni “terror qanunu” iyunun 1-də qüvvəyə minib.

Paytaxt Stokholmda vəziyyətə etiraz edən PKK-ya yaxın qruplar tərəfindən nümayiş keçirilib. Təxminən min nəfərlik qrup NATO və prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndirərək pankart açıblar.

“İsveçdə NATO-ya yox, Ərdoğan qanunlarına yox” adlı nümayişdə NATO-ya qarşı alyansın sözçüsü Tomas Pettersson, “Onlar İsveçdəki kürdlərin arxasınca düşüblər” deyə bildirib.

Üzlərində “NATO-ya yox” yazılmış plakatlar daşıyan etirazçılar mitinqdə çoxlu PKK bayraqları da açıblar.

Qanuna görə, İsveçdə terror təşkilatı liderləri kimi tanınan şəxslər 20-25 il müddətinə azadlıqdan məhrum edilə bilər. İsveç parlamentində mayın 3-də keçirilən səsvermədə qanun layihəsi 34 deputat əleyhinə 268 səslə qəbul edilib, 47 deputat səsvermədə iştirak etməyib. İsveçin NATO üzvlüyü hələ Türkiyə və Macarıstan tərəfindən ratifikasiya olunmayıb.

İsveçlə birlikdə NATO-ya üzvlük üçün müraciət edən Finlandiya danışıqlardan sonra nəhayət Türkiyədən razılıq alaraq alyansa üzv olub.

Murad Şahməmmədov