Kadırov Belqorodun müdafiəsinə çeçenləri göndərməyə hazırdır

Kadırov Belqorodun müdafiəsinə çeçenləri göndərməyə hazırdır

5 İyun 2023 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə Belqorod vilayətinə zəruri antiterror təcrübəsinə malik çeçen bölmələrinin göndərilməsi təklifi ilə müraciət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

"Rusiya ərazisindəki qrupları məhv etmək üçün xüsusi bilik və təlim lazımdır. Burada təkcə hərbi təcrübə deyil, həm də antiterror təcrübəsi lazımdır. Artıq çeçen döyüşçüləri belə bir hazırlığa sahibdirlər",-deyə Çeçenistan rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, güc və hərbi strukturların batalyon və alaylarında ümumilikdə çeçen döyüşçülərinin sayı 70 min nəfərdən çoxdur.

Əziz Salam