Netanyahudan sərt ittiham: MAQATE İran qarşısında təslim olub

Netanyahudan sərt ittiham: MAQATE İran qarşısında təslim olub

5 İyun 2023 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Baş naziri Benyamin Netanyahu Fordodakı nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) istintaqı dayandırmaq qərarına görəsərt şəkildə tənqid edib.

Oxuməni.az xəbər verir ki, İsrailin Baş naziri buna görə MAQATE-ni İran hakimiyyətinə təslim olmaqda ittiham edib.

"İran MAQATE-yə yalan danışmaqda davam edir. Agentliyin İran təzyiqinə təslim olması onun nüfuzuna qara bir ləkədir",-deyə İsrail hökumətinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, MAQATE nümayəndələrinin davranışı göstərir ki, onlar İrana pozuntulara görə məsuliyyət daşımayacaqlarını və beynəlxalq ictimaiyyəti "aldatmağa" davam edə biləcəklərinə işarə vururlar.

Əziz Baş Göynüklü