Ukrayna Rusiya ərazisinə raket zərbələri endirib

Ukrayna Rusiya ərazisinə raket zərbələri endirib

5 İyun 2023 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna səhər saatlarında Rusiyanın Belgorod bölgəsindəki Yeni Tavoljankaya "Qrad"lardan zərbələr endirib.

Oxuməni.az xəbər verir ki, bunu Şebekino şəhər dairəsinin rəhbəri Vladimir Jdanov deyib.

Onun sözlərinə görə, Ukrayna "Qrad" MLRS-dən Şebekino şəhərinə 70, artilleriya qurğularında istifadə etməklə isə 15 zərbə endirib.

O, zərbələr nəticəsində şəhərə dəyən zərər barədə məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl bölgənin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, pilotsuz təyyarədən partlayıcı qurğunun atılması səbəbindən Belqorod rayonunda enerji obyektində yanğın baş verib. Nəticədə bir nəfər yaralanıb.