Ermənistandakı xəritə qalmaqalının pərdəarxası üzə çıxdı

Ermənistandakı xəritə qalmaqalının pərdəarxası üzə çıxdı

5 İyun 2023 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər dünya mətbuatında yayılan xəritə qalmaqalının təfərrüatları məlum olub. Ermənistanın paytaxtı İrəvan şəhər metrosunda Türkiyə ərazisinin də yer aldığı “böyük ermənistan” adlandırılan xəritə böyük əks-səda doğurub. Ekrandakı xəritənin niyə led ekrana proyeksiya edildiyi aydın olub.

Son zamanlar Ermənistanda baş verən qalmaqallar gündəmdən düşmür. Müharibədə məğlub olduqdan sonra Azərbaycanla sülh danışıqlarını davam etdirən və qonşuları ilə münasibətlərini normallaşdırmağa çalışan Ermənistan atdığı addımla tənqid hədəfi olub. Paytaxt İrəvandakı metro stansiyasında nəhəng led ekranda Türkiyə ərazisi də daxil olmaqla ermənistanın böyük xəritəsi adlanan yer nümayiş etdirilib. 15 ayrı-ayrı erməni bölgəsinə bölünən xəritədə Türkiyə, Azərbaycan, İran və Gürcüstana məxsus torpaqlar Ermənistana aid kimi göstərilib. “Böyük Ermənistan Planı”na əsasən hazırlanan xəritədə Türkiyənin Şərqi Anadolu bölgəsinin əhəmiyyətli bir hissəsi, Van gölü və ətrafı Ermənistanın tarixi hissəsi kimi göstərilib. Böyük əks reaksiya alan xəritənin paylaşılmasının pərdəarxası məqamları ortaya çıxıb. İllər əvvəl eyni yerdə çap şəklində sərgilənən xəritə müxtəlif reaksiyalara baxmayaraq endirilmədi. Ötən günlərdə metrostansiyada aparılan abadlıq işləri zamanı xəritənin asıldığı ərazi yenilənib. Burada iri led ekranlar yerləşdirilib. Led ekranların asıldığı ilk günlərdə "böyük Ermənistan" xəritəsi adlanan xəritənin əvəzinə müxtəlif şəkillərindən istifadə olunurdu. Sonradan xəritənin burada yer almaması erməni vətəndaşları tərəfindən pis qarşılanıb. Ermənistan hakimiyyətinə şikayət edənlər xəritəni geri qaytarmaq üçün kampaniyaya başlayıblar. Səlahiyyətlilər xəritəni eyni şəkildə yeniləyərək led ekranda göstəriləcək formata keçiriblər. Ermənilərin məkrli münasibətini ortaya qoyan xəritə Türkiyəyə məxsus torpaqların da yer aldığı variantında eyni yerdə yenə yayımlanır.

Azərbaycanın Berlindəki səfiri Nəsimi Ağayev bundan əvvəl də məsələyə toxunmuşdu. Dəyişikliyi öz Tvitter hesabında fotoları ilə paylaşan Ağayev “İrəvan metrosunda “Böyük Ermənistan”ın xəritəsi yenilənib” deyə paylaşım edib. Ağayev deyib ki, “Həqiqətən kədərlidir. Ermənistan administrasiyası öz sərhədləri daxilində yaşamağı nə qədər tez öyrənsə, bu, bütün region üçün bir o qədər yaxşı olacaq".

Murad Şahməmmədov