Türkiyənin Yeni Nazirlər Kabineti əsas vəzifələrini açıqladı

Türkiyənin Yeni Nazirlər Kabineti əsas vəzifələrini açıqladı

5 İyun 2023 19:51
Bəyəndim (0) Bəyənmədim (0)

İnflyasiyaya qarşı mübarizə və ölkəyə investisiyaların cəlb edilməsi Türkiyənin yeni hökumətinin fəaliyyətinin prioritetlərindən biri olacaq.

Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin vitse-prezidenti Cövdət Yılmaz yeni vəzifəsinin təqdimatı ilə bağlı keçirilən rəsmi mərasimdə bildirib.

"Biz elan etdiyimiz seçkiqabağı proqrama ciddi əməl edəcəyik. İnflyasiyaya qarşı mübarizəyə, investisiyaların cəlb edilməsinə, məşğulluğa və iqtisadi artıma xüsusi diqqət yetirəcəyik", - deyə Yılmaz bildirib.

Xatırladaq ki, o, bundan əvvəl Ərdoğanın hökumətində baş nazirin müavini, Dövlət Plan Təşkilatı, parlamentin Büdcə Komitəsi vəzifələrində çalışıb.

Əziz Salam