Rusiya ordusunun polkovniki Andrey Stasev  Belqorod bölgəsində öldürülüb

Rusiya ordusunun polkovniki Andrey Stasev Belqorod bölgəsində öldürülüb

6 İyun 2023 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya qoşunlarının "Belgorod" əməliyyat qruplaşmasında rəhbər vəzifə tutan rus polkovniki Andrey Stasev Rusiyanın Belqorod bölgəsində öldürülüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya könüllü korpusu mətbuat xidmətinin telegramda yaydığı məlumatda deyilir. Öz növbəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də Stasevin məhv edilməsini təsdiqləyib.

Ukrayna kəşfiyyatının məlumatına görə, qvardiya polkovniki Andrey Vasilyeviç Stasov Novaya Tavoljanka kəndində öldürülüb. O, "Belgorod"baş əməliyyat qrupuna rəhbərlik edirdi. Bundan əvvəl isə Stasev Rusiya Hava Qüvvələrinin 104-cü desant alayının komandiri idi.

Əziz Baş Göynüklü