Blinken: ABŞ İranın nüvə silahı əldə edə bilməməsi üçün hər şeyi edəcək

Blinken: ABŞ İranın nüvə silahı əldə edə bilməməsi üçün hər şeyi edəcək

6 İyun 2023 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər cür addım atmağa hazırdır, Bu, bütün Yaxın Şərq bölgəsinin təhlükəsizliyini təhdid edir.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinkenin sözlərinə görə, İran Ukrayna ilə müharibə edən Rusiya ordusuna pilotsuz təyyarələr verir, əvəzində isə Tehran isə Rusiyadan yüksək texnoloji silahlar alır.

"Bu baxımdan İran nüvə silahı əldə edə bilməz və buna biz imkan verəsi deyilik. Prezident Co Bayden İranın nüvə silahı əldə etməməsini təmin etmək üçün bütün variantları nəzərdən keçirir", - deyə Blinken bildirib.

Əziz Salam