Kaxovski SES məhv edildi və  bərpası mümkün deyil

Kaxovski SES məhv edildi və bərpası mümkün deyil

6 İyun 2023 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Kaxovski su anbarından gələn su Dneprin aşağı hissəsində nəzarətsiz şəkildə axıdılır. Dnepr sahillərində, Novaya Kaxovka və aşağı axındakı digər yaşayış məntəqələrinin sahil zonaları artıq su altında qalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib. Onun sözlərinə görə, ruslar Xersonun cənubunda və Krımda insanların içməli sudan məhrum olmasına, yaşayış məntəqələrinin və biosferin bir hissəsinin məhv edilməsinə görə məsuliyyət daşıyacaqlar.

Andrey Yermak həmçinin mütəxssislərlə məsləhətləşmələrdən sonra deyib ki, Kaxovski su anbarının bərpası mümkün deyil.

Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) bildiriblər ki, Zaporojye AES-də olan ekspertlər vəziyyətləri diqqətlə izləyirlər. Hələlik stansiyanın nüvə təhlükəsizliyi üçün birbaşa təhlükə yoxdur.

Əziz Salam