ABŞ Türkiyə aviaşirkətinin Rusiyaya uçmasını qadağan edib

ABŞ Türkiyə aviaşirkətinin Rusiyaya uçmasını qadağan edib

6 İyun 2023 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti Türkiyənin Southwind Airlines hava yollarına ABŞ-ın Boeing 737 MAX təyyarələri ilə Rusiyaya uçmağı qadağan edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.

Şirkət sərnişinlərini artıq satılan biletlərlə daşımaq istəyi ilə onlara müraciət edib. ABŞ uşuşlara birbaşa qadağanı tətbiq edə bilmədiyi üçün, ehtimal ki, Southwind Airlines-ə məxsus təyyarələrə xaricdə texniki xidmət göstərilməyəcək.

Bununla birlikdə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun 3 martda açıqladığı son sanksiya siyahısında Southwind Airlines-in adı yoxdur.

Southwind Airlines, 2022-ci ildə Pegas Touristik Turizm holdinqi tərəfindən rusların Türkiyə kurortlarına daşınması üçün yaradılan bir türk çarter aviaşirkətidir.

Daşıyıcının parkında üç boring 737 MAX daxil olmaqla səkkiz Airbus və Boeing var.

Onlardan ikisi son vaxtlar Rusiyaya uçuşlar həyata keçirib. Hər ikisi ABŞ-ın Air Lease Corporation icarəçisinə məxsusdur. Xüsusilə, təyyarələr həftədə Ufa, Samara, Novosibirsk, Orenburq, Kalininqrad və Nijni Novqoroda 10-12 uçuş edir.

Əziz Mustafa, Oxuməni.az