Daşqınlar nəticəsində 15 nəfər həyatını itirib

Daşqınlar nəticəsində 15 nəfər həyatını itirib

6 İyun 2023 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Haitidə sel daşqınları nəticəsində 15 nəfər ölüb. İntensiv leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində ilk təsbitlərə görə 8 nəfər itkin düşüb, 15 nəfər isə həyatını itirib. Haiti Mülki Müdafiə Agentliyi ölkə daxilində təxminən 13400 nəfərin evlərindən təxliyə edildiyini və 7400-dən çox evin zərər gördüyünü bildirib. Çinin Sıçuan əyalətinin Liçen şəhərində güclü yağışın yaratdığı torpaq sürüşməsi nəticəsində isə ölənlərin sayı 19-a çatıb. Bölgədə axtarış-xilasetmə işləri davam etməkdədir.

Murad Şahməmmədov