Priqojin Putindən Ukraynanın hücumunun qarşısını almaq  üçün 200 min əsgər istəyib

Priqojin Putindən Ukraynanın hücumunun qarşısını almaq üçün 200 min əsgər istəyib

7 İyun 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

PMK "Vaqner" in qurucusu, iş adamı Yevgeni Priqojin , Ukraynanın əks hücumu zamanı Rusiyanın ələ keçirdiyi ərazilərin bir hissəsini itirəcəyini proqnozlaşdırdı və bunun qarşısını almaq üçün Putindən ona 200 min əsgər ayırmağı xahiş etdi.

Oxuməni.az xəbər verir ki, bu barədə Moskva Times-in yaydığı məlumatda deyilir.

"Vaqner" bu gün təyyarələr, helikopterlər, tanklar, artilleriya və lazım olan hər şey olan yeganə tam hüquqlu ordu quruluşudur. 200 min insana ehtiyacım olduğunu Putinə söylədim. Luqansk — Donetsk cəbhə xəttində 200 mindən az adam əks-hücumun öhdəsindən gələ bilməyəcək. Məsuliyyəti tamamilə öz üzərimizə götürməyə hazırıq",- deyə Priqojin vurğulayıb.

Onun sözlərinə görə, problem yalnız qoşunların silah və sursatla təmin edilməsi ilə bağlıdır.

"Vaqner" PMK rəhbəri Prezident Vladimir Putini Ukraynanın əks-hücumunun qarşısını almaq üçün ümumi səfərbərlik elan etməyə çağırıb.

Əziz Salam