İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya edəcək

İsveç PKK terrorçusunu Türkiyəyə ekstradisiya edəcək

7 İyun 2023 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

İsveç Ali Məhkəməsi Kürdüstan Terrorçu Işçi Partiyasının (PKK) tərəfdarının Türkiyəyə ekstradisiyası barədə qərar qəbul edib.

Oxuməni.az xəbər verir ki, bu barədə İsveçin Aftonbladet qəzetinin yaydığı məlumatda deyilir.

"Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib", - deyə nəşr qeyd edib.

Məhkəmənin ardınca indi İsveç hökuməti ekstradisiya qərarı verməli olacaq.

Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs olunan 35 yaşlı PKK terrorçusundan gedir. O, Türkiyənin Adana şəhər baş prokurorunun tələbi ilə həbs edilib.

Əziz Salamoğlu