Avstraliya Ukraynaya 41 qırıcı verə bilər

Avstraliya Ukraynaya 41 qırıcı verə bilər

7 İyun 2023 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya hakimiyyəti ABŞ-la Ukrayna ilə 41 ədəd McDonnell Douglas F/A-18 "Хорнет" qırıcısının Kiyevə verilməsi ilə bağlı danışıqlar aparır.

Həmin qırıcılardan hazırda Avstraliya ordusunda istifadə edilmir və onlar anbarlarda saxlanılır.

Oxuməni.az xəbər verir ki, bu barədə «The Australian Financial Review» qəzeti yazıb.

"Xornet" - ABŞ, Ispaniya, Kanada, Isveçrə, Finlandiya, Malayziya və Küveytin silahlanmasında olan dördüncü nəsil qırıcılarıdır. Onlar bir neçə hərbi münaqişələrdə, o cümlədən Iraq, Əfqanıstan, Serbiya, Liviya və Suriyada tətbiq olunurdu. Avstraliya ordusu beşinci nəsil təyyarə ilə təchiz olunduğu üçün "Xornet"-lər istismardan çıxarılıb.

Financial Review yazır ki, danışıqlar uğurlu olarsa, təyyarələr dörd ay ərzində döyüş hazırlığına gətirilə bilər.

Əziz Salamoğlu