Cinsi yolla keçən xəstəliklərin sayı rekord həddə çatıb

Cinsi yolla keçən xəstəliklərin sayı rekord həddə çatıb

7 İyun 2023 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada cinsi yolla keçən xəstəliklərin sayı rekord həddə çatıb. Bildirilib ki, cinsi yolla keçən xəstəliklərə ən çox yoluxma riski 15-24 yaş arası gənclərdir. Böyük Britaniyada gonoreya və sifilis kimi cinsi yolla keçən xəstəliklərdə rekord artım qeydə alınıb. Ölkənin Sağlamlıq Təhlükəsizliyi Agentliyinin paylaşdığı məlumatlara görə, 2022-ci ildə gonoreya hadisələrinin sayı bir əvvəlki ilə nisbətən yüzdə 50, sifilis xəstələrinin sayı isə 15 faiz artıb.

Agentlik 2021-ci ildə 54 min 661 olaraq qeydə alınan süzənək (qonoreya) xəstələrinin sayının 2022-ci ildə 82 min 592-yə yüksəldiyini açıqlayıb. Agentliyin məlumatına görə, eyni dövrdə sifilis halları 7543-dən 8692-yə yüksəlib.

Açıqlanan məlumatlar, covid-19 dövründə cinsi yolla keçən xəstəliklərə yoluxma hallarının azaldığını ortaya qoyub.

Agentliyin digər məlumatına görə, 2022-ci ildə sifilis xəstələrinin sayı 1948-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Gonoreya isə 1918-ci ildən bəri qeydə alınan ən çox yoluxma halı kimi qeydə alınıb.

Murad Şahməmmədov