Medvedev: Rusiya məktəblərində bəzi uşaqlar rus dilində danışmırlar

Medvedev: Rusiya məktəblərində bəzi uşaqlar rus dilində danışmırlar

7 İyun 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rus məktəblərində bəzi siniflərdə hər beşinci uşaq rus dilində danışmır.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev miqrasiya siyasətinin təkmilləşdirilməsi üzrə komissiyanın iclasında deyib.

Medvedevin sözlərinə görə, rus dilində təhsil ala bilməyən miqrantların övladları rus dilini bilmədən rus uşaqları ilə birgə təhsil alırlar. O qeyd edib ki, bu cür məktəblilər həmyaşıdlarından ayrı gəzir və dalaşmaya meyilli olurlar.

"Əgər belə uşaqlar kifayət qədər çoxdursa, onlar etnik prinsipə görə qruplar təşkil edirlər. Nəticədə onlarla yerli uşaqlar arasında qarşıdurma yaranır və bu da mənfi hadisələrə gətitib çıxarır", - deyə Medvedev bildirib.

Onun sözlərinə görə, əmək miqrantları çox olan bölgələrdə bəzi siniflərdə rus dilində danışmayan uşaqların payı 20 faizdən çoxdur.

Əziz Salam