
Çin Rusiya və Ukraynanı dərhal sülhə çağırır
Rusiya və Ukrayna Kaxov HES-in dağılmasından sonra sülh danışıqlarına ən qısa müddətdə başlamalıdırlar.
Oxuməni.az xəbər verir ki, bunu Şinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun BMT TŞ-nin iclasında deyib.
" Münaqişəyə cəlb olunan tərəflər sağlam düşüncəni rəhbər tutmalı, təmkinli olmalıdırlar və sülh danışıqlarını mümkün qədər tezliklə davam etdirməlidirlər", - deyə Çjan Tszyun bildirib.
Tszyun qeyd edib ki, bu hadisə yenidən xatırladır ki, münaqişə vəziyyətində hər şey baş verə bilər. O, həmçinin Zaporojye AES-in təhlükəsizlik təhlükəsi ilə əlaqədar nüvə fəlakətinin qarşısını almağa çağırıb.
Əziz Baş Göynüklü, Oxuməni.az
Digər xəbərlər