Su elektrik stansiyasının məhv edilməsi kütləvi qırğın və ekoloji fəlakətdir

Su elektrik stansiyasının məhv edilməsi kütləvi qırğın və ekoloji fəlakətdir

7 İyun 2023 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Kaxovskaya su elektrik stansiyasının partlamasını “ekosid aktı” adlandırıb, bundan sonra regionun təbiəti onilliklər ərzində bərpa olunacaq. Vladimir Zelenskinin sözlərinə görə, ruslar stansiyanı qəsdən partladıblar. Rusiya isə su elektrik stansiyasına hücumda Ukrayna Silahlı Qüvvələrini ittiham edir.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Dnepr çayında Kaxovskaya su elektrik stansiyasında baş verən partlayışdan sonra on minlərlə insan daşqın zonasında qalıb.

Zelenskinin fikrincə, bəndin və su anbarının dağıdılması ətraf mühitə zərbədir, bundan sonra təbiət onilliklər ərzində özünə gəlməli olacaq.

“Bütün dünya Rusiyanın bu hərbi cinayətini, ekosid cinayəti kimi biləcək. Rus işğalçıları tərəfindən bənd və digər su elektrik obyektlərinin qəsdən dağıdılması ekoloji kütləvi qırğın bombasıdır. Öz təhlükəsizliyi naminə dünya indi bunu etməlidir. Rusiyanın belə terrordan qurtula bilməyəcəyini göstərin”, - deyə Zelenski bildirib.

Dneprdəki Kaxovka bəndi və su elektrik stansiyası Moskvanın bir ildən artıqdır ki, nəzarət etdiyi ərazidədir.

Rusiya baş verənlərə görə Ukraynanı günahlandırır və bildirir ki, Ukrayna Silahlı Qüvvələri Kaxovskaya su elektrik stansiyasına raket hücumu həyata keçirib, nəticədə klapanlar sıradan çıxıb və nəzarətsiz su axıdılması başlayıb.

Ukrayna hakimiyyəti 80-dən çox yaşayış məntəqəsinin daşqın zonasında olduğunu bildirir. Təxminən 40 min insan təxliyə edilməlidir. Mülki və hərbçilərin itkiləri barədə məlumat verilmir.

Murad Şahməmmədov