Tacikistan  Avrasiya Iqtisadi Birliyinə üzv olmaq istəmir

Tacikistan Avrasiya Iqtisadi Birliyinə üzv olmaq istəmir

7 İyun 2023 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan Xarici Işlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəisi Şoxin Səmədi bildirib ki, hazırda hakimiyyət ölkənin Avrasiya Iqtisadi Birliyinə (EAEU) üzv olması məsələsini müzakirə etmir.

Oxuməni.az xəbər verir ki, bu barədə Tacikistan mətbuatının yaydığı məlumatda deyilir.

Beləliklə, cənab Səmədi Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın gələcəkdə Tacikistanın Avrasiya Iqtisadi Birliyinə qoşulmaqdan özü üçün faydalarını müəyyənləşdirəcəyinə ümid etdiyi barədə açıqlamasına cavab verərək onu pərt edib.

"Tacikistanın Avrasiya İttifaqına qoşulması məsələsi gündəmdə deyil", - deyə Şoxin Səmədi Lavrovun ümidlərini boşa çıxarıb.

Tacikistanın Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu Avrasiya Iqtisadi Birliyinə qoşulması 2015-ci ildən müzakirə olunur.

Əziz Salamoğlu, Oxuməni.az